ABŞ SMO-nun hücumunu təkzib etdi
04.11.2019
Suriyanın şimal-şərqində patrul fəaliyyəti aparan ABŞ hərbçiləri atəşə məruz qalmayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, ABŞ ordusu atəşə məruz qalmayıb, belə ki, mərmilər onların hərəkət etdiyi yoldan 1 kilometrə qədər uzağa düşüb. Bununla belə ABŞ patrulu çoxsaylı artilleriya atəşlərinin şahidi olub.
Xatırladaq ki, Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin sədri Yuri Borenkov ABŞ-ın hərbi maşın karvanının Suriyada Türkiyənin müttəfiqi olan döyüşçülər (SMO) tərəfindən atəşə tutulduğunu açıqlamışdı.