Niko Kovaç istefaya göndərildi
04.11.2019
Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçı istefaya göndərib.
48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Münhen klubunun rəhbərliyi komandanın Bundesliqanın 10-cu turunda "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağa qərar verib.
Kovaç 2018-ci ildən "Bayern"i çalışdırırdı.