"Aksiyaçıları dinləyin!" - Pompeo
02.11.2019
İraq hakimiyyəti etirazçıları dinləməlidir.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O, eyni zamanda kütləvi etirazlardan sonra hakimiyyəti internetə və kütləvi informasiya vasitələrinə çıxışa qoyulan qadağanı ləğv etməyə çağırıb.
Qeyd edək ki, İraqda günlərdir korrupsiyaya və işsizliyə qarşı davam edən mitinqlərdən sonra Baş nazir Adil Əbdülmehdi istefa verməyi qəbul edib.