Bu bölgələrə ilk qar düşdü - VİDEO
02.11.2019
Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.
Bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.
Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.