“Sevilya bərbəri” operası təqdim olunacaq
02.05.2018
Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin "Sevilya bərbəri” operası təqdim olunacaq.
"Dövran Media"nın verdiyi xəbərə görə səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcək.
Operada Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo canlandıracaq. Səhnə əsərində Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova da çıxış edəcəklər. Opera italiyalı dirijor Alessandro Kalkanenenin bədii rəhbərliyi ilə idarə olunacaq.