İqor Tudoru istefaya göndərildi
01.11.2019
İtaliyanın A seriyasında baş məşqçi istefası gerçəkləşib.
"Udineze” klubu İqor Tudoru istefaya göndərib.
Xorvatiyalının vəzifəsindən azad edilməsi komandanın uğursuz nəticələri ilə bağlıdır. Luka Qotti komandanın müvəqqəti baş məşqçisi təyin edilib.
Udine təmsilçisinin baş məşqçisi olmağa namizədlər siyahısı isə genişdir. Burada Massimo Karrera, Cennaro Qattuzo, Françesko Qvidolin, Stefano Kolantuono və Paskuale Marinonun adı var.
Qeyd edək ki, "Udineze” A seriyasında 14-cü pillədə qərarlaşıb.