Pompeo Almaniyaya səfər edəcək
01.11.2019
ABŞ Dövlət Katibi Mayk Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.
Bu barədə Nazirlər Kabinetinin təmsilçisi Martin Fits deyib.
O bildirib ki, bu səfər çərçivəsində Mayk Pompeo Almaniya kansleri Angela Merkellə görüşəcək.
"Görüşdə ikitərəfli əlaqələr, o cümlədən beynəlxalq gündəmdə olan məsələlər müzakirə ediləcək", - deyə o bildirib.
M.Fits əlavə edib ki, ABŞ Dövlət Katibi həmçinin Almaniyanın Müdafiə naziri Heyko Maas, Müdafiə naziri Annenqret Krammp-Karrenbauer və Maliyyə naziri Olaf Şoltsla da görüşlər keçirəcək.