Əsədin əsgərləri ruslara təhvil veriləcək - Akar
31.10.2019
Rejim ordusuna mənsub olduqları müəyyən edilən 18 nəfərin ruslara təhvil verilməsi ilə bağlı danışıqlar davam edir.
Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Akar həmçinin saxlanılan şəxslərdən 2-sinin yaralı olduğunu və xəstəxanada müalicə olunduqlarını qeyd edib.
"Vəziyyəti cənab Prezidentə çatdırdıq və müvafiq göstərişləri aldıq”, - Akar bildirib.