21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BDYPİ-dən sürücülərə xəbərdarlıq

31.10.2019

Baş Dövlət Yol Polisi İdarəsi yuxusuz və səhhətində problem olduğu halda sükan arxasına əyləşən sürücülərə xəbərdarlıq edib.
Belə ki, idarədən verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.
"Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.
Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirilməli, hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə olunmalı və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə diqqət yetirilməlidir: "Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etməyin.
Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun. Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır",