Ərdoğandan gözlənilməz açıqlama
30.10.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a planlaşdırılan səfəri barədə yekun qərar qəbul etmədiyini deyib.
Ərdoğan ABŞ-a səfərinin hələlik sual altında olduğunu bildirib.
Ötən həftə Rəcəb Tayyib Ərdoğan Prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də ABŞ-a səfər etmək niyyətində olduğunu demişdi.
Qeyd edək ki, rəsmi Ankara ABŞ Konqresinin Nümayəndələr Palatasının uydurma erməni soyqırımını tanıması və Türkiyəyə qarşı sanksiyalar barədə qərarının iki ölkənin strateji münasibətlərinə zidd olduğunu və bu münasibətlərə zərbə vurduğunu bildirib.