Putin-Ərdoğan dostluğunun nəticəsi... – Səfir
30.11.-0001
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında dostluq münasibətləri iki ölkə arasındakı qarşılıqlı əlaqələrin bütün sahələrində əks olunur.
Bu sözləri Türkiyənin Rusiyadakı səfiri Məhməd Samsar deyib.
"Son dövrlərdə Türkiyə-Rusiya münasibətləri sürətlə inkişaf edir. Biz 2020-ci ildə ölkələr arasında diplomatik əlaqələrin yüz illiyini qeyd edəcəyik. 2021-ci il isə liderlər tərəfindən birgə, ümumi tarix ili elan olunub. Ölkələr arasında ticarət dövriyəsi 18 faiz artaraq 26 milyard dollara çatıb”, - səfir bildirib.