Əfsanəvi alpinistimiz üçüncü zirvəni fəth etdi
29.10.2019
Əfsanəvi azərbaycanlı alpinist İsrafil Aşurlı Himalayda yerləşən Ama-Dablam yüksəkliyinə qalxıb.
Xəbər verildiyi kimi, 6812 metr hündürlükdə yerləşən zirvəyə qalxmaq uğurla başa çatıb.
Bununla İ.Aşurlı qısa müddətdə Himalay dağının üçüncü zirvəsini fəth edir. Buna qədər o, Lxontsze (8516 m) və Manaslu (8156 m) zirvələrinə qalxıb.