“Sülh çeşməsi”nin itkiləri 118 ölü, 417 yaralı
29.10.2019
"Sülh çeşməsi” əməliyyatında Türkiyənin müttəfiqi olan Suriya Milli Ordusunun itkiləri açıqlanıb.
SMO-nun oktyabrın 9-dan bu yana 118 əsgərini itirdiyi, 417 əsgərinin isə yaralandığı qeyd olunub.
Məlumata görə, hazırda "Sülh çeşməsi”nə dəstək verən SMO dəstələri bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün axtarış fəaliyyətlərini icra edir. YPG-PKK terrorçuları isə Suriya Milli Ordusuna tez-tez atəş açır, yaşayış ərazilərində partlayışlar törətməklə Türkiyənin müttəfiqinə qarşı mübarizə aparır.