Dənizin altında çəkilən Atatürkün rəsmi - FOTO
01.05.2018
Türkiyədə keçirilən festivalda qeyri-adi hadisə baş verib.
"Dövran Media"nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İzmirdə keçirilən Zeytunlu Köşk Beynəlxalq Sənət festivalı üçün 29 rəssam Urla Pınarlı adasına gedib.
Festivalda Turqut Qəhrəman adlı rəssam hamını heyran qoyub. O, 10 metr dərinliyə enərək dənizin altında Atatürkün portretini çəkib.
Rəssam daha sonra açıqlamasında dənizin altında rəsm çəkməyin çətin, ancaq zövqlü olduğunu bildirib.
Xatırladaq ki, festival aprelin 26-dan mayın 6-sına qədər davam edəcək. Festivala Azərbaycan, Xorvatiya, Litva, Bolgarıstan və digər ölkələrdən sənətçilər qatılıb. Sənət, idman və tarixi özündə əks etdirən festival ilk günlərdən insanların marağına səbəb olub.