21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qoşa Qala qapılarının bərpası başa çatdı - FOTO

29.10.2019

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.
Xəbər verildiyi kimi, bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Məlumata əsasən, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib.
2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin, Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib.
Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib.
Xatırladaq ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.