Fədayənin azadlıqda ilk FOTOSU
29.10.2019
Mən hazırda evdəyəm, Buzovnada, anamgildə. Həbsxanadan özüm taksiyə minib gəlmişəm.
Bu sözləri jurnalistlərə açıqlamasında 2 illik həbsdən sonra bu gün azadlığa çıxan müğənni Fədayə Laçın deyib.
Cəzaçəkmə məntəqəsinin qarşısında onu qarşılamağa gələn jurnalistləri görmədən evinə gedən müğənni telefon danışığı zamanı bildirib ki, səhər saat 9-da oradan çıxıb:
"Mən çıxanda orada heç bir jurnalist yox idi. Oranın dörd qapısı var, mən çıxdığım qapının ağzında heç kəs yox idi. Heç bacımgil də gəlməmişdilər. Yolda olanda zəng etdim ki, taksidəyəm, gəlirəm. Özüm çıxıb taksiyə minib gəlmişəm. Buzovnada anamgildəyəm”.
Qeyd edək ki, F.Laçın xüsusi təyinatlı vaqondan "Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi. Ötən ay keçirilən məhkəmədə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.
Onun həbs müddəti bu gün başa çatıb.