“Onlar dünyada yarım milyard insan qalmasını istəyir”
29.10.2019
Fanatik insanlar bəşəriyyət üçün təhlükə mənbəyidir.
Bu sözləri öz Teleqram kanalında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.
O bildirib ki, bir çox gənc İsveçdən olan 16 yaşlı aktivist Qreta Tunberqdən ilhamlanaraq, qlobal istiləşmənin dayandırılmasına çağırış edib:
"Lakin onlar anlamırlar ki, təbliğ etdikləri metodlar insanlığın bir qismini məhv edəcək. İstehsalın məhdudlaşdırılması aclığa və enerji çatışmazlığına səbəb olacaq. Bəziləri bundan insanlığa zərbə üçün istifadə edir”.
Jirinovski bəzi şəxslərin öz siyasi ambisiyalarını gerçəkləşdirmək, insanların idarəsini daha da asanlaşdırmaq üçün dünyadakı əhalinin sayını 500 milyon nəfərə qədər azaltmağa hazır olduğunu bildirib.