Fədayə Laçın azadlıqda: "Evimdəyəm"
29.10.2019
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Bu barədə müğənni özü bildirib.
O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib.
Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.