21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mbappeyə məsləhət verdi: "Neymarlaşma"

28.10.2019

Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olan Kristof Dyuqari PSJ-nin futbolçusu Kilian Mbappeyə məsələhət verib.
Dyuqari Mbappeyə tövsiyə edib ki, komandanın maraqları naminə daha çox çalışsın. Dyuqarini ÇL-də "Brugge" ilə qarşılaşmadan (5:0) sonra verdiyi açıqlama da narazı salıb.
Xatırladaq ki, "Brugge" ilə oyunda sonradan meydana çıxan və het-trik edən Mbappe qarşılaşmadan sonra belə demişdi:
"Mən start heyətində meydana çıxmaq istəyirdim. Amma məşqçi belə qərar verdi. Məşqçinin qərarına hörmət edirəm. Ancaq sübut etmək istəyirdim ki, PSJ-yə mənsiz çox çətin olar".
Dyuqari deyir ki, Mbappenin bu açıqlaması onun özünəvurğunluğundan xəbər verir: "Onun belə danışması məni məyus etdi. Ola bilsin ki, mən başqa nəslin nümayəndəsi olduğum üçün belədir. Müasir futbol məni təəccübləndirir. İndi kollektiv sənin üçün prioritet hesab edilmir. Mən demirəm ki, Kilian yaxşı oğlan deyil. Ancaq o, bir neçə dəfə xoş olmayan ifadələr işlədib. Mən elə gəlir ki, o, neymarlaşıb. Ona tövsiyə edirəm ki, Quye, Erreyra, Di Mariya ilə daha çox söhbət etsin. Qorxuram ki, bu oğlana olan ümidlərimiz özünün doğrultmasın".