Pakistandan Ərdoğana məktub: Türklərin cəsarəti...
28.10.2019
Pakistanın Baş naziri İmran Xan Prezident Rəcəb Tayyib Ərdoğanın və türk millətinin Cümhuriyyət bayramını təbrik edib.
İmran Xan təbrik məktubunda bu tarixi günün türk xalqının müstəmləkəçilərə qarşı cəsarətinin simvolu olduğunu bildirib.
"Bu tarixi gün türk millətinin müstəmləkə qüvvələrinə qarşı cəsarətinin və bundan sonra inkişaf və rifah yolunda irəliləyişinin simvoludur. Türkiyənin mərd mövqeyi dünya miqyasında milyonlarla insana ilham verdi. Pakistan Türkiyəni yaxın dost və qardaş olaraq görür. Ölkələrimiz arasındakı tarixi bağları xalqımızın mənafeyi, bölgəmizin sülh və rifahı üçün daha da dərinləşdirməyi intizarla gözləyirik. Yaşasın Türkiyə! Yaşasın Pakistan-Türkiyə qardaşlığı!” - İmran Xan yazıb.