Bolqarıstan XİN-dən Qarabağ AÇIQLAMASI
28.10.2019
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun himayəsi altında həll olunmalıdır.
Bunu Yerevanda jurnalistlərə açıqlamasında Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zaxarieva deyib.
Nazir Bolqarıstanın Azərbaycan və Ermənistanla əlaqələrinin yaxşı olduğunu bildirib.
Həmçinin qeyd edib ki, ölkəsinin Azərbaycandan qaz almaq planları olduqca vacibdir.
Onun sözlərinə görə, stabillik, əmin-amanlıq, dondurulmuş münaqişələrin həlli Avropa Birliyinin prioritetidir.
Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk Qrupunun himayəçiliyi ilə həll edilməlidir.
Y.Zaxarieva qeyd edib ki, ölkəsinin Cənubi Qafqazla bağlı xüsusi yanaşması mövcuddur.