Zurabişvilinin saytına hücüm - "Mən qayıdacağam"
28.10.2019
Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.
Saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacağam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.
S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".
Qeyd edək ki, Gürcüstan Prezidentinin rəsmi saytı hələ də işləmir. (trend)