"Biz sülhsevər dövlətik, vuruşmaq istəmirik - Lukaşenko
28.10.2019
Belarus ölkənin sərhədləri yaxınlığında qoşunların yerləşdirilməsinə cavab vermək məcburiyyətində qalacaq.
Xəbər verildiyi kimi, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ hərbçilərinin Litvaya yerləşdirilməsilə bağlı açıqlamasında deyib.
"Heç vaxt okeanın o tayından sərhədlərimizə nümayişkaranə şəkildə qoşun yerləşdirilməmişdi. Bu, heç vaxt olmayıb. Fikrimcə, Litva birinci dəfədir. Bu, presedentdir. İkincisi, əlbəttə ki, bu cür nümayişlərə cavab vermək məcburiyyətində qalacağıq. Bu vəziyyətdə başa düşmək lazımdır ki, silaha əl atmamalıyıq. Biz sülhsevər dövlətik, vuruşmaq istəmirik”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, bu, zirehli tank yumruğudur və bunun təyinatını kiçiltmək olmaz:
"Biz gözəl başa düşürük ki, sərhədimizdə hansı yumruqlar yaradılır, Allah eləməsin, hansı düşmənlə toqquşa bilərik. Biz buna hazırıq. Buna görə də ordumuz üçün 30 tank sadəcə gülməlidir. Biz hərəkət etmədən belə müqavimət göstərə bilərik”.
Qeyd edək ki, oktyabr ayında ABŞ 500 nəfərlik hərbi qulluqçu, 30 "Abrams” tankı və 25 "Bradley” PDM-lərini Litvaya göndərib.
Hərbi qüvvələr Belarus sərhədindən 15 kilometr aralıda yerləşən Pabrade poliqonuna yerləşdirilib.
Facebook