Ukraynada məktəblilər hepatitə yoluxdu
28.10.2019
Ukraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.
Xəbər verildiyi kimi, xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat verilməyib.
Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq tədbirlər görülüb.