Onun meyiti ilə necə davranılacağı açıqlandı
28.10.2019
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.
Bu barədə CNN məlumat yayıb.
Daha əvvəl ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, "əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin meyitinin qalıqları kimi İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər.
Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Onun meyitinin qalıqları Ərəbistan dənizinə atılıb.