Braziliyanın San-Paulo şəhərində alova qərq olan göydələn uçub.
"Dövran Media" xəbər verir ki, bu barədə "Folha de S.Paulo” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə bir nəfər həyatını itirib. Lakin şahidlər yuxarı mərtəbələrdə daha çox insanın qaldığını və ölənlərin sayının qat-qat çox olduğunu bildiriblər.
Hadisə yerində hazırda fövqəladə hallar və səhiyyə əməkdaşları xilas tədbirlərini həyata keçirirlər. ‘razi mühasirəyə alınıb və xilasetmə tədbirləri tam gücü ilə aparılır.