Daha 4 deputat istefaya getdi
28.10.2019
İraqda etiraz aksiyaları səbəbindən 4 deputat mandatından imtina edib.
İstefaya gedən millət vəkillərinin ikisinin İraq Kommunist Partiyası və Sairun Koalisiyasının üzvləri olduğu vurğulanıb. Onların ölkədə davam edən aksiyalar və hökumətin bu tələbləri yerinə yetirməməsi ucbatından istefa verdikləri vurğulanıb.
Digər iki deputatın isə Muzahim Tamimi və Taha Difai olduqları bildirilib.
Qeyd edək ki, oktyabrın əvvəlindən etibarən İraqın orta və güney şəhərlərində etiraz aksiyalarına start verilib. Aksiyalarda ümumilikdə 67 nəfər ölüb, 2 min 600-dən çox insan yaralanıb.