Mehriban xanım Bakıdakı mühüm sammitdən yazdı
26.10.2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib.
Mehriban xanım bu barədə rəsmi İnstaqram səhifəsində qeyd edib.
"Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək" , - M.Əliyeva yazıb.