21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Onları unutmayaq - Fatma Abbas qızı Muxtarova

26.10.2019

Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurmuşdur. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşdı. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyırdılar. Fatma qazandığı pulların hamısını evə verirdi. O, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ - 1000 rubl toplaya bilir. Saratovun "Spravoçnı listok" qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, "ictimaiyyətdən" olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, "cənablar" və "xanımlar"la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, "Saratovski listok"un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir "təlim"in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşdı və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət etdi.
1913-cü ildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlmişdir. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi" qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək"
2 il Konservatoriya təhsili aldıqdan sonra o Saratovdan, Moskvaya yola düşür və burada məşhur musiqiçi Fyodr Şalyapinlə tanış olur.
1914-cü ildə Fatma Muxtarova Aleksandr Malininlə ailə həyatı qurmuşdur. Cütlüyün bu evlilikdən 1 qızları dünyaya gəlmişdi.
Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxumuş, 1938-1853-cü illərdə AOBT-nın solisti olmuşdur.
Daha sonra F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxumuşdur. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. şəhərlərin opera teatrlarında da çıxışlar etmişdir.
Fatma Muxtarova 1938-1953-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konsert proqramları ilə də çıxış etmişdir.
Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Çar gəlini" operasından Lyubaşanın partiyası, "Xovanşina" operasından Marfanın partiyası, "Faust" operasından Zibelin partiyası və bir çox baş qaları qeyd oluna bilər. Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J.Bize) partiyasıdır. Onun opera səhnəsində ilk çıxışı isə baş rolda Şalyapinin çıxış etdiyi V.Serovun "Yudif" operasında ona Oloferni partiyası olmuşdur.
1949-cu ildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış etmişdir. Bunlardan birincisi Jorj Bizenin "Karmen” operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov) Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin "Trubadur” operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçena partiyaları idi. 1953-cü ildə isə Fatma Muxtarova səhnə ilə vidalaşmışdır.