21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Manat niyə “tam üzən məzənnə”yə keçmir - Açıqlama

25.10.2019

Azərbaycanda manatın "tam üzən məzənnə” rejiminə keçməsi üçü dövlət qiymətli kağızlar bazarı genişlənməlidir.
Xəbər verildiyi kimi, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, bankların portfelində belə kağızların yaranması bütövlükdə banklararası pul bazarının aktivləşməsinə və genişlənməsinə gətirib çıxaracaq:
"Bu gün bir çox banklarda əhəmiyyəti likvidlik var, bəzilərində yoxdur. Bu gün aktiv banklararası bazar görmürük, çünki onun girov bazası zəifdir. Donor banklardan pul vəsaitinin axını görmürük”.
Sədr qeyd edib ki, bank sektorunda həssaslıq aradan qaldırılmalıdır: "Bu istiqamətdə gördüyümüz tədbirlər proqramı genişdir.Biz bunun reallaşmasına qısa müddətdə başlayacağıq”.