Mövlud Çavuşoğlu: PKK terrorçuları arasında erməni terrorçuları da saxlanılıb
25.10.2019
PKK terrorçuları arasında dəfələrlə erməni terrorçuları da saxlanılıb.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Türkiyə Azərbaycanı bütün sahələrdə hər zaman dəstəkləyib və dəstəkləyəcək.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi həmişə Türkiyənin gündəmindədir və erməni rəsmilərinin bununla bağlı bəyanatları narahatlıq doğurur.
M.Çavuşoğlu əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həm də Ermənistanın xeyrinədir, çünki öz işğalçılıq siyasəti nəticəsində ölkə regiondan təcrid olunub.