Massari: “TAP İtaliya üçün prioritet məsələlərdən biridir”
01.05.2018
"Bu günə qədər Azərbaycan və İtaliya hökumətləri üçün TAP prioritet məsələlərdən biri olub”.
"Dövran Media"nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Səfir əlavə edib ki, TAP Avropanı əlaqələndirən layihədir: "Çünki söhbət onların enerji təchizatı mənbələrinin dəyişdirilməsindən gedir. Bildiyiniz kimi, Xəzərdən gələn qaz İtaliya vasitəsilə Avropanın bir neçə ölkəsinə çatdırılacaq”.
Səfir qeyd edib ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq sayəsində bu layihə ilə bağlı qarşıya çıxa biləcək bütün problemlərin həll olunacağına əmindir.
İtaliyadan Azərbaycana səfərlər gözlənildiyini vurğulayan A. Massarinin sözlərinə görə, hələ yeni İtaliya hökuməti formalaşmadığına görə dəqiq bir şey bilinmir: "ATƏT çərçivəsində də səfər gözlənilir”.