Əli Əsədovun ilk səfəri - Moskvada Medvedevlə görüşdü
25.10.2019
Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dimitri Medvedev arasında görüş başlayıb.
Görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində keçirilir. Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər". D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi artıb.