Qroznının keçmiş meri İslam Kadırovun işgəncə videoları yayılıb.
Görüntüləri "Qroznı” televiziyası paylaşıb. Görüntülərdə İslam Kadırovun fırıldaqçılıqla məşğul olan şəxslər, o cümlədən qadınlara qarşı elektroşoklardan istifadə etməsi, onları təhdid etməsi əks olunub.
Televiziya Kadırovun bunun vasitəsilə fırıldaqçıların öz əməllərini etiraf etməsini istədiyini bildirib.
Qeyd edək ki, Kadırov 2012-2015-ci illərdə Qroznı meri olub. Onunla bağlı bundan öncə yoxlamalara start verilib. Yerli mətbuatın yazdığına görə, Kadırov barədə polisə 8 saatlıq video-görüntü təqdim edilib.
İslam Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumudur.