Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi - VİDEO
25.10.2019
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə quruma sədrlik Azərbaycana keçib.
Venesuela lideri Maduro səsvermə elan edib və etirazların olmadığını bildirərək, Qoşulmama Hərəkatına rəhbərliyin Azərbaycana keçdiyini bəyan edib. Daha sonra o, İlham Əliyevin sədr seçildiyini elan edərək, Azərbaycan Prezidentini qucaqlayaraq, sədrliyi təhvil verib.
Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
N.Maduro ölkəmizə sədrlikdə uğurlar arzulayıb və üzv dövlətləri Azərbaycanın sədrliyi dövründə təşkilata öz töhfələrini davam etdirməyə çağırıb.