Elman Rüstəmov istefa xəbərindən danışdı
25.10.2019
Mərkəzi Bankın sədri Elman Rüstəmov istefa verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, burada MB sədri kimi çıxış edir: "Mən bu postdayam və öz fəaliyyətimi davam etdirirəm. KİV nümayəndələrinə məsləhətim odur ki, rəsmi məlumatlara istinad etsinlər".