03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əhməd Əhməzadə də istefa ərizəsi yazıb?

25.10.2019

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb.
"AzPolitika.info”ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir.
Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur.
Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir. Onu da xatırladaq ki, Ə.Əhmədzadənin Zaqatala rayonunun icra başçısı vəzifəsini daşıyan qardaşı Mübariz Əhmədzadənin də 72 yaşı var…
Qeyd edək ki, üç gün əvvəl ölkə başçısı pensiya yaşına çatmış və yaşı 70-i keçən məmurlara çağırış edərək, onların könüllü şəkildə istefa verməli olduqlarını bildirmişdi. Görünür, Ə.Əhmədzadə də Prezidentin bu çağırışına qoşulanların sırasına daxil olmaq qərarına gəlib.