Çeçenistandan Suriyaya polis göndərildi - VİDEO
25.10.2019
Rusiya Çeçenistan ərazisindən 300 hərbi polisini Suriyaya göndərib.
Xəbər verildiyi kimi, bu barədə "Zvezda” telekanalı informasiya yayıb.
Məlumata görə, Suriyaya Vladiqafqazdakı Hərbi Polis Mərkəzindən xüsusi hazırlıqlı və təcrübəli döyüşçülər göndərilib. Həmçinin Rostov və Krasnodar aerodromlarından Suriyadakı Hmeymim aviabazasına xüsusi tapşırıqlarda istifadə olunması üçün 20-dən artıq "Tiqr” və "Tayfun-U” zirehli avtomobilləri göndərilib.
Telekanalın yayımladığı videoda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Suriyada yerləşən aerodroma enişi və hərbi polis qüvvələrinin təyyarəni tərk etməsi əks olunub.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən gün yeni hədəflərin icrası üçün Suriyaya 276 hərbi polis və 33 texnika göndərəcəyi barədə xəbər yaymışdı.