Ərdoğanın bir rəqibi də bəlli oldu
01.05.2018
Türkiyə Səadət Partiyası prezident seçkisində iştirak edəcək namizədinin adını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, partiyanın namizədi Temel Qaramollaoğlu olub.
Səadət Partiyası Türkiyənin məşhur siyasətçisi Nəcməddin Ərbakanın partiyası sayılır. Ərbəkan hazırda hakimiyyətdə olan siyasətçilərin bəzilərinin müəllimi hesab edilir. AKP-nin hakimiyyətə gəlməsindən sonra onun Səadət Partiyası ilə əlaqələri pozulub.
Bununla prezidentlik vəzifəsinə namizədliyini rəsmən irəli sürənlərin sayı 3-ə çatıb. AKP-MHP ittifaqı Rəcəb Tayyib Ərdoğanın, İYİ Partiyası isə Maral Akşənərin namizədliyini irəli sürüb.
Cümhuriyyət Xalq Partiyası hələlik öz namizədinin kimliyini açıqlamayıb.