Bakıya gətirilən bu çən şəhərdə tıxac yaratdı - FOTO
25.10.2019
Babək prospektində ("Maşın bazarı”nın qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı yaranan çətinlik nəqliyyat vasitələrinin hərəkətində problem yaradıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən hazırda Babək prospektində (şəhər istiqamətində) sıxlıq müşahidə edilir.
Həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb.
Qeyd edək ki, LPG qazlarının saxlanılması üçün nəzərdə tutulan qurğu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı zavodu üçün İtaliyadan gətirilib.