Rusiyanın müdafiə naziri terrorçu ilə görüşüb
24.10.2019
Rusiya müdafiə naziri Sergey Şoyqu Suriya Demokratik Qüvvələrinin komandanı, general Məzlum Kobani ilə görüşüb.
Xəbər verildiyi kimi, Şoyqu kürd generala Soçidə Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüş barədə məlumat verib.
Görüşdə Şoyqu ilə yanaşı, Rusiya Silahlı Qüvvələrinin qərargah rəisi Valeri Gerasimov da iştirak edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sergey Şoyqu Məzlum Kobaniyə qarşıdakı günlərdə Suriya-Türkiyə sərhədlərində rus hərbi polis qüvvələrinin sayının artırılacağı haqda məlumat verib.
Rusiya müdafiə naziri qeyd edib ki, sərhəd bölgələrində yaşayan mülki vətəndaşların əraziləri tərk etməsinə ehtiyac yoxdur, onlar üçün heç bir təhlükə olmayacaq.
SDQ komandanı rus hərbi polisi və Bəşər Əsəd ordusunun əməliyyatlarına dəstək verəcəklərini söyləyib və kürdlərin təhlükəsizliyini təşkil etdiyinə görə Rusiyaya təşəkkür edib.