Yüzlərlə etirazçı İrəvanın Respublika meydanına toplaşıb.
"Dövran Media" xəbər verir ki, etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə baş tutacaq baş nazirin seçilməsi ilə bağlı canlı yayımı izləyəcəklər.
Hazırda meydana insan axını davam edir.
Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisi (parlamenti) növbədənkənar iclasda ölkənin baş naziri seçkilərini keçiriləcək. Bu posta yeganə namizəd Ermənistanın müxalifət lideri Nikol Paşinyandır.