Snouden: Rusiyada tələyə düşmüşəm
24.10.2019
Rusiyada tələyə düşmüşəm.
Bunu ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden deyib. Snouden Rusiya rəhbərliyinin fəaliyyətinə, Rusiyanın izləmə haqqında qanunlarına tənqidi yanaşdığını və hazırda yaşadığı ölkəni özünün seçmədiyini bildirib.
O, Rusiyada ABŞ hökumətinin Latın Amerikasına yollandığı zaman onun pasportunu ləğv etdiyi üçün qaldığını söyləyib.
Snouden həmçinin Rusiya xüsusi xidmət orqanlarının onu təsir dairəsinə salmaq istədiyini, amma əməkdaşlıqdan imtina etdiyini deyib.