Milyonlarla nüsxəsi satılan kitab Azərbaycanda - FOTO
23.10.2019
Oktyabrın 26-sı saat 14:00-da Elmlər Akademiyası metrosu ilə üzbəüz yerləşən "Libraff” kitab mağazasında "Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitab ilk dəfə olaraq TEAS Press Nəşriyyat evi tərəfindən dilimizə tərcümə edilərək nəşr olunub.
Dünyada milyonlarla nüsxəsi satılan "On Fakt” kitabı hər bir autizmli uşağın bilməyinizi istədiyi on faktdan ibarətdir. Kitabın müəllifi amerikalı yazıçı Ellen Notbohmdur.
Qeyd edək ki, tədbirdə klinik-psixoloq Narınc Rüstəmova, həkim-psixiatr Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova iştirak edəcək. Kitabın ixtisas redaktoru Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.
Təqdimat günü kitab əldə edən hər kəsə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən "Autizm şiddətinin ölçülməsi” testi hədiyyə olunacaq.