Prezident vergilər nazirini çıxartdı, yeni vəzifə verdi
23.10.2019
Azərbaycan Respublikası Prezidenti Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilsin".
Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.