Ermənilər işğal altında olan Kəlbəcər rayonunda abadlaşdırma adı ilə dağıntı işləri aparırlar.
"Dövran Media" xəbər verir ki, bu barədə Feysbukda fəaliyyət göstərən "Kəlbəcər həsrəti” səhifəsi video paylaşıb. Sözügedən görüntülərin aprelin 29-da çəkildiyi bildirilib:
"Ermənilər rayonu abadlaşdırmaq adı ilə işğal zamanı dağılmış evlərin söküntüsünü aparırlar”.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də erməni hərbi birləşmələri tərəfində işğal edilib.