Hindistandan Türkiyə ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib
23.10.2019
Hindistan Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsindən dolayı vətəndaşlarına xəbərdarlıq edib.
Xəbər verildiyi kimi, Hindistanın Ankaradakı səfirliyi bu ölkəyə səyahət etmək istəyən hind vətəndaşlarına son dərəcə təmkinli və həssas davranmağı tövsiyə edib.
"Hələ ki, Hindistan vətəndaşlarına qarşı bir olay yaşanmasa da, hərəkatdan dolayı hind vətəndaşlar əllərindən gəldiyi qədər təmkinli olmalıdır” ifadələrinin işləndiyi açıqlamanın niyə verildiyi ilə bağlı başqa bir bəyanat səslənməyib.
Səyahət xəbərdarlığının Hindistanın Baş naziri Narendra Modinin Ankara səfərini təxirə salmasından sonra gəlməsi bu addımın siyasi olduğunu düşündürür.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli və xarici mətbuatda Kəşmir məsələsini gündəmə gətirməsi və kəşmirli müsəlmanları müdafiə etməsi Modi və Hindistan hökuməti tərəfindən birmənalı qarşılanmayıb. Modi BMT sammitində Ermənistan, Yunanıstan və Cənubi Kipr Yunan Muxtariyyəti ilə görüşüb Türkiyəni Şərqi Aralıq Dənizi məsələsi üzərindən vurmağa çalışmışdı.