İlham Əliyevin onunla dostluğu erməniləri təşvişə saldı
23.10.2019
Ermənistanda daxili siyasi savaşlar getdiyi bir vaxtda ətrafda ciddi proseslər baş verir və bunlar İrəvanın əleyhinə işləyir. Bakı hər bənd üzrə İrəvanı qabaqlayır, siyasi arenada Qarabağla bağlı qlobal uğurlar əldə edir.
Xəbər verildiyi kimi, bu barədə Ermənistanın "Qraparak” dərgisi yazıb.
Ermənilər narahatlıqlarını Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Ermənistan üzrə məruzəçisinin keçmiş Rumıniya Prezidenti Trayan Beseskunun seçilməsi ilə əsaslandırıblar.
Yazıda iddia olunur ki, Trayan Beseskunun Azərbaycan Prezidenti İlham Əliyevlə yaxın dostluq münasibətləri mövcuddur:
"Beseskunun seçilməsi sözsüz ki, siyasi arenada Bakının növbəti diplomatik uğurudur. O, tam olaraq azərbaycanyönümlü siyasətçidir. Təsəvvür edin, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Ermənistan üzrə məruzəçisi Qarabağda baş verən hər bir prosesə siyasi qiymət verəcək. Bunun İrəvan üçün nəyə gətirib çıxaracağını anmaq çətin deyil”.