Pentaqon: YPG-yə görə Türkiyə ilə savaşmayacağıq
23.10.2019
Suriya kürd qüvvələri ucbatından ABŞ və Türkiyə arasında hərbi konflikt yaşanması mümkünsüzdür.
Bunu ABŞ Müdafiə naziri Mark Esper CNN-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ Suriyaya SDQ-ni NATO müttəfiqindən müdafiə etmək üçün qoşulmayıb. O, ABŞ-ın NATO-dakı müttəfiqləri ilə savaşmağa hazırlaşmadığını deyib.
Esper həmçinin Türkiyənin "Sülh çeşməsi” əməliyyatını keçirdiyi ərazidəki həbsxanalarda 11 min döyüşçünün olduğunu və onlardan yalnız 100-nün qaçdığını söyləyib.