Akif Əlizadə istefasından danışdı
23.10.2019
İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib:
"Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".
Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.